Mikayıl Cabbarov: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir”
Mikayıl Cabbarov: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir”İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramı münasibətilə təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.
Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.
Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır, ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü bildiririk”, - nazir qeyd edib.
11 fevral – #Azərbaycan-ın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək #biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və #iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol… pic.twitter.com/vI844ykqD4