MİDA-nın tabeliyindəki şirkətin xalis mənfəəti 35% azalıb

MİDA-nın tabeliyindəki şirkətin xalis mənfəəti 35% azalıb Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 2020-ci ili 3,21 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
15 İyul , 2021 17:04
MİDA-nın tabeliyindəki şirkətin xalis mənfəəti 35% azalıb

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 2020-ci ili 3,21 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 34,5% azdır.

Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 91,087 milyon manat (əvvəlki ilə nisbətən 58,8% çox), satışının maya dəyəri 82,699 milyon manat (78,9% çox), sair əməliyyat gəlirləri 439 min manat (7,1 dəfə çox), ümumi və inzibati xərcləri 8,729 milyon manat (36,1% çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 120 min manat (7,3 dəfə az), maliyyə öhdəliklərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirləri 3,247 milyon manat (əvvəlki il olmayıb), maliyyə gəlirləri 3,3 milyon manat (10,8% az), maliyyə xərcləri 3,009 milyon manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 307 min manat (4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə MMC-nin aktivləri 447,965 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 79,4% artaraq 235,475 milyon manata çatıb, balans kapitalı isə 1,5% azalaraq 212,490 milyon manata düşüb.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi