Mərkəzi Bank və Maliyyə Nazirliyi MBNP-nın bank qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyib

Maliyyə
  • 25 noyabr, 2016
  • 07:12
Mərkəzi Bank və Maliyyə Nazirliyi MBNP-nın bank qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyib

Bakı. 25 noyabr. REPORT.AZ/"Banklar haqqında" qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsinə hazırda Prezident Administrasiyasında baxılır.

"Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, layihə artıq razılaşdırma prosedurundan keçib: "Bu məsələdə Palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə fikir ayrılığı olmayıb".

Bundan başqa, MBNP maliyyə bazarlarının tənzimlənməsi haqqında da qanun layihəsi hazırlamaqdadır. Amma bu layihə üzrə razılaşdırma proseduruna hələ başlanılmayıb.