Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib

Maliyyə
  • 27 fevral, 2018
  • 13:51
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106003699 ISIN-li, 15 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor qiyməti 88,616 manat (17%) və 110,7638 manat (7,9%) olan 18 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 105,6011 manat (9,8%), orta ölçülmüş qiyməti 107,7699 manat (8,9877%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53 264,7 min manat, yerləşdirilmiş məbləği isə 15 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 23 fevral 2021-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər

Bütün Xəbər Lenti