Kristina Doroş: "Azərbaycan "Visa"nın strateji tərəfdaşıdır"

Kristina Doroş: "Azərbaycan "Visa"nın strateji tərəfdaşıdır" Azərbaycan "Visa" üçün böyük bazar və strateji tərəfdaş ölkədir.
Maliyyə
14 Mart , 2024 10:26
Kristina Doroş: Azərbaycan Visanın strateji tərəfdaşıdır

Azərbaycan "Visa" üçün böyük bazar və strateji tərəfdaş ölkədir.

"Report" xəbər verir ki, bunu "Visa"nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbirində bildirib.

"Visa"nın qlobal baxışı ödənişləri rəqəmsallaşdırmaq, innovasiyaları stimullaşdırmaq və fasiləsiz müştəri xidmətini təmin etməkdir. 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlayan "Visa" bu illər ərzində innovativ həllər təqdim edib və sərmayə qoyub. Azərbaycan hökuməti, Mərkəzi Bank və maliyyə institutları ilə əməkdaşlıq "Visa"ya ödənişlər sahəsində yeni innovasiyalar tətbiq etməyə və ödənişləri Azərbaycan xalqı üçün daha sadə, daha rahat və təhlükəsiz etməyə imkan verir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi