Komitə sədri: “Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq”

Komitə sədri: “Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq” Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.
Maliyyə
7 İyun , 2023 11:27
Komitə sədri: “Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq”

Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

Onun sözlərinə görə, ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur: “Bu dünyada gedən prosesdir. Amma bu büdcə daxilolmalarına təsir edən amillərdən biridir”.

T. Mirkişili bildirib ki, dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır: “Ölkəmizin qarşısında çox ciddi çağırışlar var".

Qeyd edək ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi), real artım 1,8 % (2,7 %) səviyyəsində qiymətləndirilir.

O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 % (4,5 %) səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6 % təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1 % artıb.

Son xəbərlər

Orphus sistemi