​"Kapital Bank"ın aktivləri 47% artıb

​"Kapital Bank"ın aktivləri 47% artıb Hesabat ilində Bankın kredit portfelində də artım müşahidə olunub
Maliyyə
26 Yanvar , 2016 12:30
​Kapital Bankın aktivləri 47% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri illik müqayisədə 46,9% artaraq 2016-cı il yanvarın 1-nə 2 020 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfelində də artım müşahidə olunub. Belə ki, 2015-ci ildə Bank tərəfindən müştərilərə 1 162 mln. manat həcmində kredit verilib və bu, illik müqayisədə 32,3% artım deməkdir.

Hesabat ilində Bankın cəmi öhdəlikləri 60% artaraq 1 733 mln. manata yüksəlib. Cari ilin yanvarın 1-nə Bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 1 046 mln. manat, Mərkəzi Bankın Banka qarşı tələbləri isə 103 mln. manat olub.

Qeyd edək ki, cari ilin yanvarın 1-nə "Kapital Bank"ın məcmu kapitalı 275,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi