“Kapital Bank” 9 ayda 135 milyon manat xalis mənfəət əldə edib
- 18 oktyabr, 2021
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
“Kapital Bank” bu ilin yanvar-sentyabr aylarını 135,181 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45% azdır.
9 ay ərzində “Kapital Bank”ın gəlirləri 559,199 milyon manat (illik müqayisədə 16,5% çox), xərcləri 286,347 milyon manat (24,9% çox), xüsusi ehtiyyatlara ayırmaları 100,927 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 36,744 milyon manat (20,9% az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 5 916,038 milyon manat olub ki, bu da, illik müqayisədə 17,4% çoxdur. Bunun 2 121,328 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3% böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 19,2% artaraq 5 315,888 milyon manata, o cümlədən depozit portfeli 22,4% artaraq 4 558,804 milyon manata, balans kapitalı isə 3,1% artaraq 600,150 milyon manata çatıb.