İstanbul Fond Birjasında ticarət bərpa olunub

Maliyyə
  • 15 fevral, 2023
  • 08:00
İstanbul Fond Birjasında ticarət bərpa olunub

Fevralın 8-də ticarətin müvəqqəti dayandırıldığı İstanbul Fond Birjası fəaliyyətini bərpa edib.

"Report" TASS-a istinadən xəbər verir ki, birja hazırda fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra İstanbul Fond Birjası səhm bazarlarında əməliyyatların, həmçinin səhm və törəmə maliyyə alətləri bazarında səhm indekslərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.