“İşgüzar Kredit İttifaqı"nın zərəri 4 dəfə artıb

Maliyyə
  • 14 iyun, 2022
  • 07:07
“İşgüzar Kredit İttifaqının zərəri 4 dəfə artıb

“İşgüzar Kredit İttifaqı” MMC 2021-ci ili 3,8 min manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,2 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “İşgüzar Kredit İttifaqı”nın aktivləri, eyni zamanda balans kapitalı 59 min manat olub ki, bu da, illik müqayisədə 40,5 % çoxdur. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri olmayıb.

Xatırladaq ki, “İşgüzar Kredit İttifaqı” 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 min manatdır.

44 filmi