"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avrozonada biznes aktivliyi indeksinin müsbət açıqlanması, Avropa yenidənqurma fondunun Almaniyada təsdiqlənməsi və Breksit ticarət sazişinin imzalanması, EURUSD məzənnəsinin 1.21$-ın üzərində ticarət edilməsinə səbəb olur.
Bununla yanaşı, bu həftə Almaniya və Amerikadan iqtisadi inkişaf göstəriciləri, FED-in faiz qərarı və açıqlamaları da önəmli rol oynayacaqdır.
GBP
GBPUSD məzənnəsinin də 1.38$-ın üzərində dəstək görərək, bahalaşıb və hazırda 1.39 %-ın üzərində dalğalanır.
TRY
Türkiyə ətrafında siyasi və iqtisadi risklərin yenidən artması, lirənin də ucuzlaşmasına səbəb olub. Bu baxımından hazırda 8.45TL qırılmaq üzrə olan USDTRY məzənnəsi fonunda investorlar gələn həftə dərc ediləcək TCMB-nin növbəti faiz qərarını da böyük maraqla gözləyirlər.
OIL
Brent markalı neftin bir barel qiyməti son iki ayın orta səviyyələrdə dalğalanmaqda davam edir. Üfüqi dalğalanmaya səbəb bazarların “OPEC Plus”-un çərşənbə günü baş tutacaq növbəti toplantısının nəticələrinə köklənməsidir.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Son bir həftə ərzində qızılda üfüqi korreksiyadan sonra bir unsiya üzrə qiymət yenidən 1770$-ın (56.9 $/qram) üzərində dəstək görərək dəyər qazanmağa başlayıb. Təhlillərə əsasən, 1787$-ın (57.5 $/qram) qırılması korreksiya dəhlizinin yarılması üçün önəmli olacaqdır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.