“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib
Maliyyə
24 May , 2021 11:15
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Foreks bazarlarında dolların təzyiq altında qalması, avro kimi digər aparıcı valyutların məzənnələrində bahalaşmanın davam etməsinə səbəb olur. Təhlillərə əsasən, EURUSD 1.22$-ı qırarsa, bahalaşma 1.23$-a kimi davam edə bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın iqtisadi inkişaf göstəricisi də önəmli rol oynayacaqdır.

GBP

GBPUSD məzənnəsi də 1.42$-ın qırılması ilə 1.43$-a kimi bahalaşa bilər. İnvestorlar İngiltərədə Breksitin iqtisadi nəticələrini də diqqət mərkəzində saxlayırlar.

Bu baxımından, bazar ertəsi saat 18:30-da İngiltərə Mərkəzi Bank sədrinin açıqlamaları da vacibdir.

TRY

USDTRY məzənnəsi də dolların ucuzlaşması fonunda təzyiq altında olsa da, digər tərəfdən Türkiyədə inflyasiyanın 17.3%-ə yüksələcəyi proqnozları da lirənin ucuzlaşmasına səbəb olur.

OIL

Enerji birjalarında isə Brent neftinin qiyməti son üç aydır korreksiya etdiyi səviyyələrdə dalğalanamaq davam edir. Beləliklə, gələcək günlər ərzində bir barel qiymətin 67 - 63$ aralığında ticarət ediləcəyi ehtimal edilir.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olur və bahalaşama 1923$-a (61.8 $/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi