“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib
Maliyyə
17 May , 2021 15:19
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Almaniya iqtisadiyyatına dair risklərin artması, EURUSD məzənnəsini təzyiq altında saxlayan əsas səbəbdir. Hazırda 30 punkt 1.21$-ın üzərində ticarət edilən avronun gələcək qiyməti fonunda cümə günü Bakı vaxtı ilə saat 11:30-da Almaniyadan, saat 12:00-da Avropadan dərc ediləcək sənaye və xidmət sektorlarına dair biznes aktivliyi indeksləri önəmli rol oynayacaqdır.

GBP

Breksit və korona karantin tədbirləri İngiltərə iqtisadiyyatına mənfi təsir etməklə, GBPUSD məzənnəsinin də 1.41$-ın altında dalğalanmasına səbəb olur.

Cümə günü saat 12:30-da İngiltərənin də sənaye və xidmət sektorları ilə bağlı yayımlanacaq göstəricilər ilə yanaşı, çərşənbə axşamı saat 10:00-da əmək və çərşənbə günü də həmin saatda inflyasiya rəqəmləri açıqlanacaq.

TRY

Türkiyədə inflyasiyanın artması, lirəni də təzyiq altında saxlamaqda davam edir. Lakin USDTRY məzənnəsində korreksiya müşahidə edilir. Təhlillərə əsasən ayın 3-də yayımlanacaq yeni inflyasiya rəqəmlərinə kimi məzənnədə ucuzlaşma 8.32TL-yə kimi davam edə bilər.

OIL

Enerji birjalarında isə neft dəyər qazanmaqda davam edir və 69$ müqavimətin qırılması növbəti zirvələr üçün vacib olacaqdır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olur və bahalaşma 1876$-a (60.3 $/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi