“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib
Maliyyə
5 Aprel , 2021 13:35
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada hökümətin fiskal siyasətin maliyyələşdirilməsi fonunda vergi artımı xəbərləri, dollarda korreksiyalara səbəb olmaqla, EURUSD məzənnəsinin də bahalaşmasına səbəb olub. Avrozonadan sənaye sektoru və inflyasiya ilə bağlı yayımlanan müsbət göstəricilər də avronun bahalaşmasında önəmli rol oynayıb. Lakin qiymət 1.19$-ın altında qaldıqca, yenidən ucuzlaşacağı proqnozlaşdırılır. Qlobal ticari və siyasi risklərin də yenidən artması təhlükəsi yaranıb.

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 18:00-da ABŞ-dan dərc ediləcək xidmət sektorunda biznes aktivliyi indeksi və həftə ərzində FED sədrinin açıqlamaları da investorların diqqət mərkəzindədir.

GBP

GBPUSD məzənnəsində də bahalaşma müşahidə edilir. Burada da təhlillər onu göstərir ki, 1.39$ qırılması çətin müqavimət səviyyəsidir və bu baş vermədiyi təqdirdə, növbəti ucuzlaşma dalğası başlaya bilər.

Cümə axşamı saat 12:30-da yayımlanan ölkədə tikinti sektorunda biznes aktivliyi indeksinin düşməsi də proqnozlaşdırılır.

TRY

TCMB sədrinin dəyişməsi xəbərindən sonra təzyiq altına düşən lirə, beləliklə, bahalaşan USDTRY məzənnəsi hazırda 8.18TL-nin üzərində ticarət edilir. Qiymətin 7.77TL-yə kimi korreksiya edəcəyi ehtimalları artsa da, orta müddətli perspektivdə inflyasiyanın daha da artması xəbərləri, lirəyə qarşı təzyiqlər də yenidən artıra bilər.

Mart ayı üzrə yeni inflyasiya göstəriciləri isə bazar ertəsi saat 11:00-da açıqlanacaq.

OIL

Beynəlxalq enerji birjalarında isə tələbin artacağı proqnozları, Brent nefti qiymətinin də dəstək görməsinə səbəb olub. 65.45$-ın qırılması ilə 38$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Yumşaq fiskal, monetar siyasətlərin genişləndirilməsi və qlobal ticari, siyasi risklərin artması xəbərləri əlvan metallar bazarlarında qızıl qiymətlərinin dəyər qazanmasına səbəb olur.

Sonuncu dəfə 3%-dən çox bahalaşan bir unsiya üzrə qiymət, 1756$-a (56.5 $/qram) kimi də bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. İnvestisiya şirkəti 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi