IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir

IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir Beynəlxalq Valyuta Fondu (IMF) hələ də ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ildə monetar siyasətini yumşaltmağa doğru addım atacağını gözləyir.
Maliyyə
16 Aprel , 2024 20:03
IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) hələ də ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ildə monetar siyasətini yumşaltmağa doğru addım atacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə IMF-nin baş iqtisadçısı və Tədqiqatlar Departamentinin direktoru Pyer-Olivye Qurinşa bildirib.

“ABŞ-nin 2024-cü ildə müəyyən bir nöqtədə monetar siyasətini yumşaldacaq vəziyyətdə olacağını gözləməyə davam edirik”, - o, brifinqdə FED-in monetar siyasətini yumşaltması ehtimalını şərh edərkən deyib.

IMF-in baş iqtisadçısının sözlərinə görə, FED inflyasiya ilə mübarizədə və Amerika iqtisadiyyatında sabitliyin qorunmasında böyük irəliləyiş əldə edib.

Son xəbərlər

Orphus sistemi