IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanda iqtisadi artım proqnozunu 3,2 %-ə qədər artırıb.
Maliyyə
22 Oktyabr , 2024 17:14
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanda iqtisadi artım proqnozunu 3,2 %-ə qədər artırıb.

"Report" xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.

Aprel ayında IMF cari il üçün Azərbaycanda iqtisadi artımı 2,8 % səviyyəsində proqnozlaşdırırdı. Yeni hesabata əsasən, 2025-ci ildə artımın 2,5 % olacağı (2,3 % səviyyəsində aprel proqnozuna qarşı) gözlənilir, 2029-cu il üçün proqnoz isə 2,4 % səviyyəsində saxlanılıb.

Ümumilikdə, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım 2024-cü ildə 2,4 %, 2025-ci ildə 3,9 %, 2029-cu ildə 3,8 % səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 92,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 0,9 %, qeyri-neft-qaz sektorunda isə 7,1 % artıb.

Azərbaycan hökuməti 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, bu il neft-qaz sektorunda 0,3 %, 2025-ci ildə 0,5 % artım, 2026-2028-ci illərdə isə müvafiq olaraq 3 %, 0,1 % və 2,1 % azalma olacaq. Qeyri-neft-qaz sektorunda sabit artım gözlənilir: 2024-cü ildə 6,4 %, 2025-ci ildə 4,9 %, 2026-2028-ci illərdə təxminən 5 %.

2023-cü ildə Azərbaycanda ÜDM 1,1 % artıb.

Son xəbərlər

Orphus sistemi