İlon Mask “Tesla”nın daha 4 milyard dollarlıq səhmlərini satıb
Maliyyə
- 09 noyabr, 2022
- 06:43
İlon Mask “Twitter”i alandan cəmi bir həftə sonra “Tesla” şirkətindəki səhmlərinin bir hissəsini satışa çıxarıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 4-8 noyabr tarixləri arasında sahibkar şirkətin 3,95 milyard ABŞ dolları dəyərində 19,5 milyon ədəd səhmini satıb.
Qeyd edilir ki, noyabr ayının əvvəlindən “Tesla”nın qiymətli kağızlarının dəyəri bir səhm üçün 227 ABŞ dollarından 191 ABŞ dollarına düşüb. İlin əvvəlindən Mask şirkətin 19 milyard dollarlıq səhmlərini satıb.
Xatırladaq ki, oktyabrın 27-də Mask 44 milyard ABŞ dollarına “Twitter” sosial şəbəkəsini alıb. Bundan dərhal sonra iş adamı şirkətin rəhbərliyində olan bəzi şəxsləri işdən çıxarıb. O, işçi heyəti demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.
Son xəbərlər
23:20
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
İnfrastruktur23:13
Dövlət Komitəsi: Gəncədə xəstəxanaya təhvil verilən azyaşlı aidiyyəti qurumların nəzarəti altındadır - YENİLƏNİB
Hadisə23:04
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb - YENİLƏNİB
Region22:22
Mahşəhr neft-kimya kompleksinə hücum nəticəsində 5 nəfər ölüb – YENİLƏNİB-3
Digər ölkələr22:19
Tayvan sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr21:54
Pakistan və Misirin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Digər ölkələr21:37
ABŞ-nin helikopterləri İranın köçəri tayfaları tərəfindən vurulub
Region21:26
Budanov: ABŞ nümayəndə heyətinin Pasxadan sonra Kiyevə səfəri gözlənilir
Digər ölkələr21:16