İstehsalatda bədbəxt hadisələrə görə 2,4 mln. manat sığorta ödənişi verilib

Maliyyə
  • 31 oktyabr, 2018
  • 11:23
İstehsalatda bədbəxt hadisələrə görə 2,4 mln. manat sığorta ödənişi verilib
Sputnik / Murad Orujov

Bakı. 31 oktyabr. REPORT.AZ/ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 27 mln. 996,1 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki göstəricidən 335,9 min manat və ya 1,19% azdır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 360,3 min manat olub ki, bu da bir il əvvəlki göstəricidən 140,3 min manat və ya 6,32% çoxdur.

Ümumilikdə, yanvar-sentyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,43%-ni təşkil edib.

44 - Tezliklə