Azərbaycanın həyat sığortası bazarında yığım 62% artıb, ödəniş isə 25% azalıb

Azərbaycanın həyat sığortası bazarında yığım 62% artıb, ödəniş isə 25% azalıb Bakı. 2 fevral. REPORT.AZ/ 2018-cı ilin yanvar-dekabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 46,84%-i və yaxud 340 mln. 992,9 mln. manatı həyat sığortasının payına düşüb.
Maliyyə
2 Fevral , 2019 15:27
Azərbaycanın həyat sığortası bazarında yığım 62% artıb, ödəniş isə 25% azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ 2018-cı ilin yanvar-dekabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 46,84%-i və yaxud 340 mln. 992,9 mln. manatı həyat sığortasının payına düşüb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə həyat sığortası bazarı 61,59% böyüyüb.

Həyat sığortasındakı yığımların 74,47%-i və yaxud 253,9 mln. manatı həyatın yaşam sığortasının, 14,1%-i və yaxud 48,1 mln. manatı həyatın ölüm halından sığortasının, 1%-i və ya 3 mln. 388,4 min manatı əmək qabiliyyətinin sığortasının, 0,08%-i və ya 278 min manatı sağalmaz xəstəliklərdən sığortanın, 10,35%-i və yaxud 35,3 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 98 mln. manat təşkil edib. Bu da ümumi həyat sığortası üzrə yığımların 28,77%-ni təşkil etməklə, 2017-ci ilə nisbətən 24,89% azdır.

Həyat sığortasında ödənişlərin 95,16%-i və yaxud 93,366 mln. manatı həyatın yaşam sığortasının, 1,64%-i və yaxud 1 mln. 612,9 min manatı həyatın ölüm halından sığortasının, 3,2%-i və yaxud 3 mln. 136,1 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 29 manat ödəniş edilib. 

Son xəbərlər

Orphus sistemi