Hesablama Palatası: Türkiyə, Rusiya, ABŞ və Filippinlə daha sıx əməkdaşlıq edirik

Hesablama Palatası: Türkiyə, Rusiya, ABŞ və Filippinlə daha sıx əməkdaşlıq edirik Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupu çərçivəsində Türkiyə, Rusiya, ABŞ və Filippinlə daha sıx əməkdaşlıq edir.
Maliyyə
5 İyun , 2024 12:38
Hesablama Palatası: Türkiyə, Rusiya, ABŞ və Filippinlə daha sıx əməkdaşlıq edirik

Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupu çərçivəsində Türkiyə, Rusiya, ABŞ və Filippinlə daha sıx əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Palatanın auditoru Vüqar İbrahimov bildirib.

"İşçi Qrupunun bu gün Bakıda işə başlamış illik toplantısında 27 ölkədən 60-dan çox nümayəndə üzvü iştirak edir. Xüsusilə burada Türkiyə, Rusiya, ABŞ və Filippin ilə işçi qaydada müvafiq əlaqələr olur. İşçi Qrupu dövlət borcunun düzgün idarə edilməsini və müvafiq sahədə hesabatlılığının gücləndirilməsini təşviq etmək üçün ali audit orqanlarına (AAO) təlimat və digər informativ materiallar hazırlanması işini həyata keçirir. Eyni zamanda, İşçi Qrup üzvlər, tərəfdaşlar və maraqlı tərəflər arasında təcrübə, məlumat mübadiləsi və əməkdaşlıq vasitəsilə bilik və bacarıqları inkişaf etdirməkdə AAO-lara dəstək olur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi