2022-ci ildə Hesablama Palatası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 4 uyğunluq auditi aparıb.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, auditlərdən biri pre-audit formasında aparılıb, başqa sözlə fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib: "Həmin audit 1 il bundan əvvəl yol çəkilişinə sərf olunmuş vəsaitləri əhatə edib. Layihə, smeta, ekspetiza və iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından bir-biri ilə tam uzlaşmadığına görə Palatanın kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənməsi ilə bağlı audit obyektinə qərraını göndərib", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, ötən il Qarabağda 2 audit nəticəsində 1,4 milyon manat vəsait bərpa edilib. 1 audit isə işlər tam və dolğun şəkildə sənədləşmədiyi üçün təxirə salınıb.