Hesablama Palatası INTOSAI-ın tədbirində iştirak edib

Hesablama Palatası INTOSAI-ın tədbirində iştirak edib Hesablama Palatasının nümayəndələri Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalının (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısında iştirak edib.
Maliyyə
6 Avqust , 2022 10:39
Hesablama Palatası INTOSAI-ın tədbirində iştirak edib

Hesablama Palatasının nümayəndələri Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalının (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısında iştirak edib.

"Report" Palataya istinadən xəbər verir ki, toplantı Komitənin Katibliyi olan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı və ev sahibliyi ilə Banqalor şəhərində hibrid formada keçirilib.

Toplantıda Hindistan, Azərbaycan, Fransa, Portuqaliya, Rumıniya, Çin, Norveç, Namibiya, Tunis Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə Hesablama Palatasını auditor Cəfər Həsənov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva onlayn qoşularaq təmsil edib.

Son xəbərlər

Orphus sistemi