Hansı əmlak ən çox girov qoyulur?

Hansı əmlak ən çox girov qoyulur? Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.
Maliyyə
29 Aprel , 2022 17:30
Hansı əmlak ən çox girov qoyulur?

Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.

"Report" xəbər verir ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bu bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2022-ci ilin ilk rübünün statistikasına nəzər yetirək.

Bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən aldığımız məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ölkəmizdə 15 047 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 922 və ya 48,6 %, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 5 596 və ya 59,2 % çox olub.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Bu ilin 3 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk yerlərdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində 8 864 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 3 ayı ərzində girov qoyulmuş ümumi 15 047 əmlakdan 2 521-i torpaq sahəsinin, 2 264-ü isə fərdi yaşayış evinin payına düşüb.

2022-ci ilin yanvar-mart ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı

Mənzillər

8864

58,9%

Torpaq sahələri

2521

16,8%

Fərdi yaşayış evləri

2264

15%

Qeyri-yaşayış binaları

509

3,4%

Qeyri-yaşayış sahələri

457

3%

Bağ evləri

262

1,7%

Digərləri

170

1,1%

Ümumi say

15 047

100%

Statistik məlumatları təhlil etdikdə məlum olur ki, daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-mart ayları ərzində paytaxtda ümumilikdə 7 717 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3 %-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 904 müqavilə), 2 saylı Sumqayıt (1 222 müqavilə), 3 saylı Gəncə (849 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (631 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Ərazi İdarələrinin adı

İpoteka müqaviləsinin ümumi sayı

Ölkə üzrə

15 047

1 saylı Bakı Ərazi İdarəsi

7 717

4 saylı Abşeron Ərazi İdarəsi

1 904

2 saylı Sumqayıt Ərazi İdarəsi

1 222

3 saylı Gəncə Ərazi İdarəsi

849

5 saylı Xaçmaz Ərazi İdarəsi

631

17 saylı Yevlax Ərazi İdarəsi

330

7 saylı Bərdə Ərazi İdarəsi

295

13 saylı Şirvan Ərazi İdarəsi

253

6 saylı Beyləqan Ərazi İdarəsi

240

16 saylı Ucar Ərazi İdarəsi

209

10 saylı Lənkəran Ərazi İdarəsi

195

12 saylı Şəki Ərazi İdarəsi

194

11 saylı Şəmkir Ərazi İdarəsi

192

14 saylı Şamaxı Ərazi İdarəsi

192

9 saylı Qəbələ Ərazi İdarəsi

178

8 saylı Cəlilabad Ərazi İdarəsi

165

15 saylı Tovuz Ərazi İdarəsi

162

18 saylı Zaqatala Ərazi İdarəsi

119

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionları üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 91,3%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan və 7 saylı Bərdə ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ, 11 saylı Şəmkir və 14 saylı Şamaxı ərazi idarələrinin dislokasiyasında yerləşir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

1 saylı Bakı Ərazi İdarəsi

5961

4 saylı Abşeron Ərazi İdarəsi

1261

2 saylı Sumqayıt Ərazi İdarəsi

871

3 saylı Gəncə Ərazi İdarəsi

401

17 saylı Yevlax Ərazi İdarəsi

132

13 saylı Şirvan Ərazi İdarəsi

58

Apardığımız araşdırmadan məlum olur ki, 2022-ci ilin ilk rübü ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 7 saylı Bərdə, 5 saylı Xaçmaz və 8 saylı Cəlilabad ərazi idarələrinin dislokasiyalarında yerləşir.


Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

1 saylı Bakı Ərazi İdarəsi

608

4 saylı Abşeron Ərazi İdarəsi

272

3 saylı Gəncə Ərazi İdarəsi

261

5 saylı Xaçmaz Ərazi İdarəsi

161

7 saylı Bərdə Ərazi İdarəsi

141

8 saylı Cəlilabad Ərazi İdarəsi

95

Cari ilin 3 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (32 müqavilə) və 15 saylı Tovuz (35 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

5 saylı Xaçmaz Ərazi İdarəsi

411

1 saylı Bakı Ərazi İdarəsi

301

4 saylı Abşeron Ərazi İdarəsi

297

2 saylı Sumqayıt Ərazi İdarəsi

160

14 saylı Şamaxı Ərazi İdarəsi

138

9 saylı Qəbələ Ərazi İdarəsi

134

Son xəbərlər

Orphus sistemi