Gürcüstan Milli Bankı uçot dərəcəsini 10 %-ə çatdırıb
Maliyyə
- 04 avqust, 2021
- 08:38
Gürcüstanın Milli Bankı uçot dərəcəsini daha 0,5 faiz bəndi artıraraq 10 %-ə çatdırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, son zamanlar yüksək inflyasiya qlobal problemə çevrilib və iyulda bir çox ölkələrdə qiymət artımı proqnozları üstələyib. Ötən ay Gürcüstanda da illik inflyasiya gözlənilmədən ən yüksək həddə - 11,9 %-ə yüksəlib.
"Gürcüstan Milli Bankı inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3 %-lik hədəf göstəricisinə yaxınlaşacağını proqnozlaşdırır. İqtisadiyyatda və maliyyə bazarlarındakı proseslər davamlı olaraq izlənilir və qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcək", - deyə qurum bəyan edib.
Son xəbərlər
16:27
Trampın İlham Əliyevlə təkbətək görüşü: Azərbaycan liderinin qlobal məsələlərdə rolunun təsdiqi - ŞƏRH
Analitika16:21
Neftçalada avtoqəza olub, ölən və xəsarət alanlar var
Hadisə16:20
Azərbaycandakı bankların qeyri-faiz xərclərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə16:09
Rusiyanın Xarkova aviazərbələri nəticəsində yaralananların sayı 27-yə çatıb - YENİLƏNİB-2
Digər ölkələr16:01
Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib
Komanda16:00
Azərbaycandakı bankların faiz xərclərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə15:58
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
Hadisə15:53
Azərbaycan Premyer Liqası: "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib
Futbol15:50