"Günay Sığorta"nın Ləğvetmə Komissiyasının fəaliyyəti müzakirə ediləcək

Maliyyə
  • 23 avqust, 2023
  • 05:08
Günay Sığortanın Ləğvetmə Komissiyasının fəaliyyəti müzakirə ediləcək

Oktyabrın 5-də, saat 15:00-da ləğv prosesində olan "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin təşkilati-strukturu və ştat cədvəli, büdcəsi, Ləğvetmə Komissiyasının fəaliyyəti və digər məsələlərin müzakirə edilməsi daxildir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı iyunun 24-də "Günay Sığorta"nın lisenziyasını ləğv edib. 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

44 filmi