ƏSF “Günay Bank”ın ləğvedicisi təyin edilməsi ilə bağlı dördüncü bildirişini dərc edib

ƏSF “Günay Bank”ın ləğvedicisi təyin edilməsi ilə bağlı dördüncü bildirişini dərc edib Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Maliyyə
9 İyun , 2023 21:36
ƏSF “Günay Bank”ın ləğvedicisi təyin edilməsi ilə bağlı dördüncü bildirişini dərc edib

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Bankın ləğvedicisi təyin edilib.

“Report” xəbər verir ki, həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Günay Bank”da sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən olunub.

Kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək. "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən ƏSF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika"nın istənilən filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını 19 iyun 2023-cü il tarixdən etibarən "Bank Respublika"nın filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi "Bank Respublika"nın bütün filial və şöbələrində həyata keçiriləcək.

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı ƏSF-nin saytından əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi