Gələn il İSF-nin vəsaiti hesabına 8 000 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq

Gələn il İSF-nin vəsaiti hesabına 8 000 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq 2025-ci ildə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 8 000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.
Maliyyə
26 Noyabr , 2024 16:21
Gələn il İSF-nin vəsaiti hesabına 8 000 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq

2025-ci ildə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 8 000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında - “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

“Bununla da, 2017-ci ildən 2025-ci ilə qədər özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 000 nəfər olacaq. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, İSF-nin büdcə layihəsi 2025-ci ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşə yönümlü tədbirlərinin keçirilməsinə, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsi üçün optimal əsaslar yarada biləcək.

"Fondun xərclərinin 29,5 %-i özünüməşğulluq tədbirlərinin, 13,4 %-i peşə hazırlığı və əlaqəli tədbirlərin təşkilini maliyyələşdirməyə yönəldilməklə, ümumilikdə 55 % vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub", - deyə M.Quliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi