“Fitch”: “2019-cu ildə Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq”
- 18 fevral, 2019
- 10:06
Bakı. 18 fevral. REPORT.AZ/ “2019-cu ildə Azərbyacanın dövlət büdcəsi profisitlə icra olunacaq”.
“Report” “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu il üçün Azərbaycanda dövlət büdcəsində profisit ÜDM-in 3,4%-nə bərabər olacaq.
“Hökümətin 2019-cu uil üçün dövlət büdcəsi 2018-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş yeni fiskal qaydalara uyğun tərtib edilib. Bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfet 3,6% artaraq 11,4 mlrd. manat təşkil edəcək. Cari ildə karbohidrogen ixracından daxilolmalar və xərclərin zəif artımı büdcənin icrasında profisitə səbəb olacaq”, - deyə məlumatda vurğulanıb.
"Fitch" mütəxəssisləri hesab edir ki, Azərbaycanda sosial və siyasi sabitlik qorunub saxlanacaq.