Fərid Osmanov: "Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər"

Fərid Osmanov: "Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər" 2018-2020-ci illərdə infrastruktur layihələr realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib
Maliyyə
14 Aprel , 2021 11:07
Fərid Osmanov: Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər

"Maliyyə xidmətləri üzrə rəqəmsallaşmanın genişləndirilməsi daha bir önəmli nüansın, məhz qeyri-rezidentlər üçün bank xidmətlərinin elektron şəkildə əldə olunması və nəticə etibarı ilə ölkədə əlverişli ekosistemin formalaşdırılması, investisiya qoyuluşlarının sürətinin artımı üçün müvafiq imkanlar yaradılmalıdır".

“Report” xəbər verir ki, bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanovun sözlərinə görə, qeyri-rezidentlər Azərbaycan banklarından da hesab aça bilər:

"Bu təcrübə ilk dəfə 2014-cü ildə mobil və elektron rezident layihəsi çərçivəsində Estoniyadan başlayıb. Bu tarixdən etibarən məhz 73 mindən çox qeyri-rezident Estoniyanın virtual rezidentinə çevrilib. Bu virtual rezidentlərin 20 %-i bu gün elektron bank xidmərlərinə çıxış əldə edib.

Təbii ki, Mərkəzi Bank olaraq bu istiqamətdə də davamlı olaraq işlər həyata keçirilir. Məhz cənab Prezidentimizin bəlli sərəncamı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə dövlət proqramı aktiv icra edilib. Həmin dövrdə tərəfimizdən infrastruktur layihələri realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib.

Həmçinin qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması imkanları yaradılıb”.

Son xəbərlər

Orphus sistemi