2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 %-i Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.
“Report”un məlumatına görə, DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov bu gün Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda təlimdə bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycan Dövlət Neft Fondundan transfertlər və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar da həmçinin dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir: "Dövlət Neft Fondu tərəfindən ayrılan tranfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 %-ini, Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 %-ini formalaşdırması nəzərdə tutulub".