ABŞ hökuməti ən böyük kriptovalyuta birjası “Binance” barəsində təhqiqata başlayıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Əmtəə Fyüçersləri Ticarəti Komissiyası (CFTC) mövcud qanunlara zidd olaraq ölkə vətəndaşlarının “Binance”da mərclər yerləşdirmələrinə yol verilməsi ilə bağlı narahat olaraq müvafiq yoxlamalara başlayıb.
Məsələyə dair “Binance”-dan bir çox ölkələrin tənzimləyici qurumları ilə əməkdaşlıq etdiklərini, mövcud qaydalara ciddi əməl etdiklərini bildiriblər. "Binance” rəhbəri Çanqpenq Jao (Changpeng Zhao) bu cür xəbərlərə əhəmiyyət verməməyə çağırıb.
Qeyd edək ki, məsələyə dair xəbər dərc edildiyi kimi, birjanın kriptovalyutası “Binance Coin” 15 dəqiqə ərzində 7 faiz ucuzlaşaraq 247 ABŞ dollarından satılıb.