Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.
Maliyyə
2 Fevral , 2019 13:26
Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 59 mln. 373,4 min manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 5 mln. 702,6 min manat və ya 10,63% çoxdur.

2017-ci il ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 21,560 mln. manat və ya 57,02% artıb.

Ötən ilin yanvar-dekabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 3 mln. 074,3 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 400,4 min manat və ya 14,97%, 2017-ci il ilə müqayisədə 859,9 min manat və ya 38,83% çoxdur.

Son xəbərlər

Orphus sistemi