Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib

Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib ​​​​​​​Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Əmanətlərin sığortalanmasının 100 illik yubileyi. Etimad və sabitliyin 100 ili” adlı təlim keçirilib
Maliyyə
1 Noyabr , 2024 16:58
Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib

Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Əmanətlərin sığortalanmasının 100 illik yubileyi. Etimad və sabitliyin 100 ili” adlı təlim keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, təlimdə Qarabağ Universitetinin prorektorları Fariz Əhmədov və Nərgiz İsmayılova, iqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov və “Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak edib.

Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, qanunvericiliyin Azərbaycan əmanətlərin sığortalanması sistemində rolu, risklərin idarə edilməsi, "yaşıl maliyyə" və yeni risklər, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirib.

Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi