Elman Rüstəmov: “Yaxın bir həftə ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək”

Elman Rüstəmov: “Yaxın bir həftə ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək” Elman Rüstəmov: “Yaxın hir həftə ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək”
Maliyyə
30 İyul , 2020 12:21
 Elman Rüstəmov: “Yaxın bir həftə ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək”

“Azərbaycanda bir qədər əvvəl bağlanmış 4 bankdakı bloklanmış əmanətlərlə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib. Yaxın bir həftəlik iş günü ərzində həmin əmanətlərlə bağlı qərar veriləcək. Qərarın müsbət olacağına ümid edirik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

“Atabank”ı nəzərə almasaq deyə bilərik ki, bağlanmış bankların qanunsuz əmanət qəbulu AMB-nin nəzarət hüququnun olmadığı dövrdə baş verib. Banklarda əhali ilə elə şərtlərlə müqavilə imzalayırlar ki, faktiki olaraq qorunan əmanət statusu alır. Amma qorunan əmanətin limiti aşağı göstərilir. Ləğvetmə prosesində həmin problem ortalığa çıxdı. Hesab edirik ki, burada əhalinin günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Hazırda biz Konstitusiya Məhkəməsi ilə əlaqədəyik. Daxili proseslər gedir. 1 300 nəfərdən çox insanın 62 milyon manatlıq əmanətinə çıxış imkanı yaranacaq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi