Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.
Maliyyə
6 Yanvar , 2021 02:12
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək
0 : 00
0 : 00

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu proqnoz Dünya Bankının bu gün dərc edilmiş “Global Economic Prospects”in (“Dünya iqtisadiyyatının perspektivləri” - red) yanvar hesabatında yer alıb.

Dünya Bankının ekspertləri növbəti ildə də Azərbaycanla bağlı nikbin proqnozlar irəli sürüblər. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

"Azərbaycanda iqtisadi fəallıq neftin qiymətlərinin sabitləşməsi nəticəsində artacaq. Azad edilmiş ərazilərin bərpasına sərmayələr və xərclər də öz töhfəsini verəcək", - hesabatda vurğulanır.

Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh razılaşması regionda geosiyasi gərginliyin azalmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi