DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının səbəbi açıqlanıb

DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının səbəbi açıqlanıb 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9 % artırıaraq 1 m
Maliyyə
26 Noyabr , 2024 16:45
DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının səbəbi açıqlanıb

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin 29,9 % artırlaraq 1 milyard 600 milyon manata çatdırılmasının səbəbi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, artım 2024-cü ildə qurumun gəlirlərindən 387 milyon manatın büdcə öhdəliklərinə yönəldilməsi ilə bağlıdır.

"Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1 %-dən 2025-ci ildə 20,8 %-ə enməsi planlaşdırılıb”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi