“Deloitte” Azərbaycanda növbəti 3 ildə inflyasiya tempinin azalacağını proqnozlaşdırır

Maliyyə
  • 29 mart, 2022
  • 07:01
“Deloitte” Azərbaycanda növbəti 3 ildə inflyasiya tempinin azalacağını proqnozlaşdırır

Bu ilin sonuna Azərbaycanda istehlak qiymətləri indeksinin 7,3 %-ə çatması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin "Azərbaycanda biznes perspektivləri" hesabatında bildirilib.

Sənədə əsasən, 2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 3,7 %, 2024-cü ildə 3,9 %, 2025-ci ildə isə 4,3 % səviyyəsində reallaşması proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda pandemiya, qlobal təchizat zəncirindəki problemlər və yüksək xammal və logistika xərcləri səbəbindən istehlak qiymətləri indeksi 2020-ci illə müqayisədə 3,9 faiz bəndi artaraq 2,8 %-dən 6,7 %-ə çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfrasında bildirib ki, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonundan (4+/- 2 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir: "Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq".

2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7 %, illik inflyasiya 12 % təşkil edib.