“CPM-İnvest İnvestisiya Şirkəti”nin aktivləri 83 % azalıb

Maliyyə
  • 12 mart, 2024
  • 10:54
“CPM-İnvest İnvestisiya Şirkəti”nin aktivləri 83 % azalıb

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2023-cü ili 1,642 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 30,2 % çoxdur.

Ötən il “CPM-İnvest"in vergiyəqədərki mənfəəti 2,053 milyon manat (əvvəlki ilə nisbətən 30,3 % çox), mənfəət vergisi ödəmələri isə 411 min manat (30,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “CPM-İnvest"in aktivləri 2,905 milyon manat olub ki, bu da illik müqayisədə 83 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 96,9 % azalaraq 462 min manata düşüb, balans kapitalı isə 23,3 % artaraq 2,442 milyon manata çatıb.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

44 filmi