“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfə artıb

Maliyyə
  • 22 may, 2023
  • 05:40
“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfə artıb

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2022-ci ili 1,261 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,9 dəfə çoxdur.

Ötən il “CPM-İnvest"in vergiyəqədərki mənfəəti 1,576 milyon manat (əvvəlki ilə nisbətən 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 315 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “CPM-İnvest"in aktivləri 17,081 milyon manat olub ki, bu da illik müqayisədə 8 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 11,4 dəfə artaraq 15,1 milyon manata, balans kapitalı isə 2,4 dəfə artaraq 1,981 milyon manata çatıb.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

44 filmi