Çin dövriyyəyə 6 milyard dollarlıq istiqraz buraxmağa hazırlaşır

Maliyyə
  • 25 noyabr, 2019
  • 14:23
Çin dövriyyəyə 6 milyard dollarlıq istiqraz buraxmağa hazırlaşır

Çin hökuməti ümumi dəyəri 6 milyard ABŞ dolları olacaq istiqraz emissiyasına hazırlaşır. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qiymətli kağızlar 3, 5, 10 və 20 il müddətinə dövriyyəyə buraxılacaq.