Azərbaycanda kreditlərin sığortası üzrə daxilolmalar kəskin artıb

Maliyyə
  • 01 fevral, 2019
  • 12:47
Azərbaycanda kreditlərin sığortası üzrə daxilolmalar kəskin artıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda kreditlərin sığortasına maraq artıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 1 mln.860,1 min manat olub. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 1 mln. 770,7 min manat və ya 20,8 dəfə çoxdur.

Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 20,7 min dəfə artıb.

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ildə də kreditlərin sığortası üzrə ödənişlər olmayıb.