Bu rayonların sakinləri sosial müavinət kartlarını Beynəlxalq Bankdan alacaq

Bu rayonların sakinləri sosial müavinət kartlarını Beynəlxalq Bankdan alacaq May ayından etibarən bir sıra inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC–yə (ABB) məxsus kartlarla ödəniləcək
Maliyyə
292
9 May , 2021 13:13
Bu rayonların sakinləri sosial müavinət kartlarını Beynəlxalq Bankdan alacaq

May ayından etibarən bir sıra inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC–yə (ABB) məxsus kartlarla ödəniləcək.

“Report” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Sumqayıt, Sabunçu, Xətai, Xəzər, Qaradağ, Nəsimi, Səbail, Zərdab, Zəngilandan olan vətəndaşlar kartları ABB-nin istənilən filial və şöbəsindən əldə edə bilərlər.

Bayram günlərində də müavinət kartlarını məhdud sayda filialdan əldə etmək mümkün olacaq.

ABB-nin aşağıdakı filialları 12, 13, 14 may tarixlərində saat 10:00-dan 14:00-dək xidmət göstərəcək.
Filiallarda Pərakəndə müştərilərə xidmət və istehlak kreditləri üzrə əməliyyatlar aparılacaq.

Filial

Ünvan

Təxmini yerləşdiyi yer

Sumqayıt filialı

Sumqayıt şəh., 13-cü mkr., Ü.Hacıbəyov küç.

Sumqayıt şəh., “Şərq bazarı” ilə üzbəüz

Sabunçu filialı

Bakı şəh., S.Mehmandarov küç., 26

İcra Hakimiyyətinin yaxınlığı, “Bakıkhanov Recidence”

Nizami filialı

Bakı şəh., M.Hadi küç., 2324

Qara Qarayev m/s-nın yaxınlığı, 50 saylı Notariat kontorunun yanı

Yasamal filialı

Bakı şəh., İnşaatçılar pr., 533-cü məh., ev 14

Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin yaxınlığı

Nəsimi filialı

Bakı şəh., 28 May küç., 21A

S.Vurğun parkının yaxınlığı, keçmiş “Bakı” mehmanxanasının ərazisi

Əcəmi filialı

Bakı şəh., Nəsimi r-nu, M.Cəfərov küç., 28

3-cü mkr. dairəsinin yaxınlığı

Xırdalan filialı

Xırdalan şəh., M.Ə.Rəsulzadə küç., 3

Abşeron Rayon İcra Hakimiyyətinin və Poçtun yaxınlığı

Nərimanov filialı

Bakı şəh., Akademik Həsən Əliyev küç., 94

Keçmiş "Qızıl gül" kafesinin yaxınlığı

Gəncə filialı

Gəncə şəh., Heydər Əliyev pr., 696

3 nömrəli xəstəxananın yanı, Futbol təmayüllü internat məktəbinin yaxınlığı

Son xəbərlər

Orphus sistemi