May ayından etibarən bir sıra inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC–yə (ABB) məxsus kartlarla ödəniləcək.
“Report” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.
Məlumata görə, Sumqayıt, Sabunçu, Xətai, Xəzər, Qaradağ, Nəsimi, Səbail, Zərdab, Zəngilandan olan vətəndaşlar kartları ABB-nin istənilən filial və şöbəsindən əldə edə bilərlər.
Bayram günlərində də müavinət kartlarını məhdud sayda filialdan əldə etmək mümkün olacaq.
ABB-nin aşağıdakı filialları 12, 13, 14 may tarixlərində saat 10:00-dan 14:00-dək xidmət göstərəcək.
Filiallarda Pərakəndə müştərilərə xidmət və istehlak kreditləri üzrə əməliyyatlar aparılacaq.
Filial |
Ünvan |
Təxmini yerləşdiyi yer |
Sumqayıt filialı |
Sumqayıt şəh., 13-cü mkr., Ü.Hacıbəyov küç. |
Sumqayıt şəh., “Şərq bazarı” ilə üzbəüz |
Sabunçu filialı |
Bakı şəh., S.Mehmandarov küç., 26 |
İcra Hakimiyyətinin yaxınlığı, “Bakıkhanov Recidence” |
Nizami filialı |
Bakı şəh., M.Hadi küç., 2324 |
Qara Qarayev m/s-nın yaxınlığı, 50 saylı Notariat kontorunun yanı |
Yasamal filialı |
Bakı şəh., İnşaatçılar pr., 533-cü məh., ev 14 |
Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin yaxınlığı |
Nəsimi filialı |
Bakı şəh., 28 May küç., 21A |
S.Vurğun parkının yaxınlığı, keçmiş “Bakı” mehmanxanasının ərazisi |
Əcəmi filialı |
Bakı şəh., Nəsimi r-nu, M.Cəfərov küç., 28 |
3-cü mkr. dairəsinin yaxınlığı |
Xırdalan filialı |
Xırdalan şəh., M.Ə.Rəsulzadə küç., 3 |
Abşeron Rayon İcra Hakimiyyətinin və Poçtun yaxınlığı |
Nərimanov filialı |
Bakı şəh., Akademik Həsən Əliyev küç., 94 |
Keçmiş "Qızıl gül" kafesinin yaxınlığı |
Gəncə filialı |
Gəncə şəh., Heydər Əliyev pr., 696 |
3 nömrəli xəstəxananın yanı, Futbol təmayüllü internat məktəbinin yaxınlığı |