Bu il Naxçıvanda kreditləşmə 41 %-dən çox artıb

Maliyyə
  • 18 mart, 2022
  • 13:26
Bu il Naxçıvanda kreditləşmə 41 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 43 milyon 871 min manat məbləğində kreditlər verilib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Hesabata əsasən, bu, bir il öncəki göstəricidən 41,5 % çoxdur.

Verilmiş kreditlərin 4 milyon 395 min 500 manatı və yaxud 10 %-i qısamüddətli, 39 milyon 475 min 500 manatı və yaxud 90 %-i uzunmüddətli kreditlər olub. Bu da bir il əvvəlki müddətlə müqayisədə qısamüddətli kreditlərdə 35,8 % az, uzunmüddətli kreditlərdə isə 63,4 % çoxdur.

44 - Tezliklə