Bu il BFB-də yerləşdirilən emissiyaların yarıdan çoxunun anderrayteri kim olub?

Maliyyə
  • 07 sentyabr, 2023
  • 08:15
Bu il BFB-də yerləşdirilən emissiyaların yarıdan çoxunun anderrayteri kim olub?

Bu il Bakı Fond Birjasında (BFB) həyata keçirilən 21 emissiyadan 13-də "Unicapital" ASC İnvestisiya Şirkəti anderrayter kimi çıxış edib.

"Report" xəbər verir ki, bunu "Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş direktoru Vüqar Namazov "Unibank" istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bugünkü təklifin həcminin rekord həddə çatacağı gözlənilir ki, bu da investorların "Unicapital"a olan əhəmiyyətini və inamını göstərir.

"İstiqrazların bu cür yerləşdirilməsi bizə maliyyələşmə mənbələrini diversifikasiya etməyə və "Unibank" ASC-nin biznes təşəbbüslərinin böyüməsini dəstəkləməyə imkan verəcək. İstiqrazların birjada yerləşdirilməsi ölkənin maliyyə infrastrukturunun inkişafında mühüm addım olacaq və investorlara portfelin diversifikasiyası üçün yeni imkanlar yaradacaq. Bu tədbirin Azərbaycanda bank sisteminin uzunmüddətli sabitliyinə və maliyyə bazarının inkişafına töhfə verəcəyini gözləyirik".

Qeyd edək ki, yerləşdiriləcək istiqrazların ümumi məbləği 20 milyon manat təşkil edəcək və birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Hərraca hər birinin nominal dəyəri 100 manat, gəlirliliyi 15 % olan 2 000 istiqraz çıxarılacaq, kupon ödənişləri hər 90 gündən bir həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri "UniCapital" şirkətidir.

44 filmi