Bu il Azərbaycandan Gürcüstana 43 milyon dollar köçürülüb

Bu il Azərbaycandan Gürcüstana 43 milyon dollar köçürülüb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 42,6 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
Maliyyə
16 Noyabr , 2020 11:59
Bu il Azərbaycandan Gürcüstana 43 milyon dollar köçürülüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 42,6 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrünə nisbətən pul köçürmələrində 24,5 milyon dollar və yaxud 2,3 dəfə artım qeydə alınıb.

10 ay ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə illik müqayisədə 14,7% artaraq 13,2 milyon dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi