Bu il Azərbaycanda əmək müqaviləsiz işləyən 1 600-a yaxın şəxs aşkarlanıb

Bu il Azərbaycanda əmək müqaviləsiz işləyən 1 600-a yaxın şəxs aşkarlanıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanın vergi orqanlarının keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1 557 şəxs aşkar edilib.
Maliyyə
26 May , 2022 11:33
Bu il Azərbaycanda əmək müqaviləsiz işləyən 1 600-a yaxın şəxs aşkarlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın vergi orqanlarının keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1 557 şəxs aşkar edilib.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il bu rəqəm 6 329 olub.

"Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni 10 və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 -10 min manat cərimə və yaxud 2 ilə qədər müddətə islah işləri (və yaxud azadlığın məhdudlaşdırılması , azadlıqdan məhrumetmə) ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və yaxud 3-7 il azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur", - deyə vergi rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi