Hərrac sessiyasında Bitkoinin dəyəri 2022-ci ilin aprelin 25-dən bəri ilk dəfə 40 min ABŞ dollarını ötüb.
“Report”un məlumatına görə, bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir.
Belə ki, Bitkoinin dəyəri 1,47 % artaraq 40 046 dollara yüksəlib.
Saat 04:15-ə olan vəziyyətə görə, baş kriptovalyutanın dəyəri artaraq 40 188 dollar (+1,68 %) səviyyəsində olub.
“Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur.