“Bitkoin”in qiyməti 29 min dolları ötüb

Maliyyə
  • 10 aprel, 2023
  • 18:17
“Bitkoin”in qiyməti 29 min dolları ötüb

Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti 4,49% artaraq 2022-ci ilin iyunundan bəri ilk dəfə 29 min ABŞ dollarını ötüb.

“Report” xəbər verir ki, bu barədə “Coindesk” platformasının Bakı vaxtı ilə saat 21:09-a olan məlumatında deyilir.

Qeyd olunub ki, “Bitkoin” bu gün 29,173 ABŞ dollarına satılıb.

Sonuncu dəfə “Bitkoin”in qiyməti 29 min ABŞ dollarını 11 iyun 2022-ci ildə keçib.

“Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.

Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur.

44 - Tezliklə