"Başak-İnam" sığorta şirkəti nizamnamə kapitalını artırıb
- 19 noyabr, 2014
- 09:09
Bakı. 19 noyabr. REPORT.AZ/ “Başak-İnam Sığorta Şirkəti” ASC-nin satışa çıxardığı yeni səhm emissiyasının yerləşdirilməsini tam başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
Birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd səhmin yerləşdirilməsi yekunda Şirkətə ümumilikdə 1 mln. manat gəlir gətirib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir və noyabrın 4-də Nazirlik “Başak-İnam" sığorta şirkətinin kapitalını yetərsiz hesab edib və şirkətin lisenziyasını dayandıraraq 6 ay müddətində kapital yetərsizliyini aradan qaldırmağı tələb edib.
Şirkətin səhmdarlarının noyabrın 7-də keçirilmiş növbədənkənar toplantısında “Başak İnam”ın kapitalının ümumilikdə 3 mln. manat artırılması qərara alınıb.
Qeyd edək ki, “Başak-İnam"ın son emissya prospektində sığorta şirkətinin nizamnamə kapitalı 6 mln. manat həcmində göstərilib. Bu səhm emissiyasını yerləşdirməklə və şirkət nizamnamə kapitalını 16,7% artıraraq 7 mln. manata çatdırdığını bildirir.